AZ

“Ombudsman vətəndaş hüquqlarını təmin edən güclü quruma çevrilməlidir” DEPUTAT DANIŞDI

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bu gün vətəndaşın hüququ çox vaxt məsafədə itir – regiondan mərkəzə gedən uzun yolda, prosedurların içində, cavab gözləməkdə. Ombudsman həmin məsafəni qısaltmalıdır. Amma məsafəni qısaltmaq üçün institutun həm səlahiyyəti, həm də fiziki mövcudluğu artmalıdır”.

Gununsesi.info bildirir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında deyib.

Deputat qeyd edib ki, vətəndaşın hüquqları çox vaxt regiondan mərkəzə gedən uzun yol, prosedurların içində və cavab gözləməkdə itir.

“Bu məsafəni qısaltmaq üçün Ombudsman institutunun həm səlahiyyəti, həm də fiziki mövcudluğu artırılmalıdır.

İl ərzində hər bir regionda və böyük rayonlarda ayrıca, tam səlahiyyətli Ombudsman idarələri yaradılmalıdır. Vətəndaş paytaxta gəlmədən öz rayonunda hüquqi müdafiə mexanizmini hiss etməlidir. Ombudsman Bakıda mərkəzləşmiş qurum kimi yox, ölkə üzrə şəbəkələnmiş hüquq sistemi kimi fəaliyyət göstərməlidir”, – deyə R. Nurullayev vurğulayıb.

Deputat səlahiyyət məsələsinə də diqqət çəkib:

“Hazırda Ombudsmanın tövsiyə və rəyləri var, lakin icrası məcburi deyil. Qanunvericilik səviyyəsində Ombudsmana daha güclü tələb və qərarvermə səlahiyyətləri verilməli, müəyyən kateqoriyalı işlər üzrə icrası məcburi olan qərar mexanizmi formalaşdırılmalıdır. Dövlət qurumları Ombudsmanın qanuni tələbini yerinə yetirmədikdə hüquqi nəticə olmalıdır.

Regional nümayəndələrinin statusu gücləndirilməlidir. Onlar yalnız müraciət qəbul edən deyil, yerində araşdırma aparmaq, sənəd tələb etmək və operativ qərar layihəsi hazırlamaq səlahiyyətinə malik olmalıdırlar.

Bundan başqa, Ombudsman institutunun analitik və monitorinq imkanları genişləndirilməlidir. Rüblük regional hesabatlar, “hüquq temperaturu” göstəriciləri və problemli sahələr üzrə xüsusi nəzarət mexanizmi tətbiq olunmalıdır ki, idarəetmə güclənsin.

Güclü dövlət yalnız qanun qəbul edən deyil, qəbul etdiyi qanunun işləməsinə nəzarət edən dövlətdir. Ombudsman həmin nəzarət mexanizminin mühüm elementidir. Əgər biz vətəndaşın hüququnun real qorunmasını istəyiriksə, bu instituta daha çox səlahiyyət, daha çox resurs və daha geniş regional şəbəkə verməliyik. Ombudsman tövsiyə edən qurumdan tələb edən quruma çevrilməlidir. Çünki vətəndaşın hüququ tövsiyə ilə deyil, təminatla qorunur”.

Deputat Ombudsman institutunun rolunun genişləndirilməsini vacib hesab edib:

“Gəncədə Azəriqaz-da 49 il işləyən və təqaüdə çıxmasına bir il qalmış Elman Məmmədovun işdən azad olunması və peşəkarlıq səviyyəsinin yoxlanması üçün imtaha cəlb edilməsinə Ombudsmanın müdaxiləsi vacibdir”.

Həmçinin deputat SOCAR-ın fəaliyyətində ciddi qüsurlar olduğunu vurğulayıb və istədiyini bildirib ki, SOCAR rəhbəri Parlamentə dəvət olunaraq suallar cavablandırılsın.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
icma.az

1Mənbələr