AZ

Körfəz ölkələri HƏDƏFDƏ- Neft və qazın qiymətində ARTIMLAR

Qeyd edək ki, münaqişə Bəhreyn,Dubay, Doha, Oman və digər ərazilərə qədər yayılıb.  Bəs İran-İsrail, ABŞ münaqişəsi regional müharibəyə çevrilə bilərmi?  Məsələ ilə bağlı politoloq Turan Rzayev Ajans.az-a açıqlama verib.  O bildirib ki, İran-İsrail və ABŞ münaqişəsi artıq regional müharibə sayıla bilər. Burada İsrail və Amerika qüvvələri İrana qarşı birləşir. İran isə həm İsrail ərazisinə, həm də Amerikanın müsəlman ölkələrində yerləşən hərbi bazalarını məhv etməyə çalışır. Artıq İraq, Kürdistan, Oman sultanlığı, BƏƏ, Küveyt, Bəhreyn, Doha, Dubay, Səudiyyə Ərəbistanı müharibə zonalarına çevrilib.  Hətta Kiprdəki Böyük Britaniyanın hərbi bazalarına zərbələr endirilib.  Turan Rzayev deyib ki, bir ölkənin səfirliyinə və hərbi bazasının olduğu məkana atılan raketə ancaq həmin ölkə cavab verə bilər. Ona görə də, sadalanan bu ölkələrdən xüsusi  cavablar verilmir.  Lakin müharibənin geniş ərazilərə yayılmasına şərait yaradır.  Üçüncü Dünya Müharibəsinin başlaması üçün isə bloklar mövcud olmalıdır. Xüsusi ittifaqlarda olan ölkələr birləşərək Dünya Müharibəsini başlada bilərlər. İndi isə, konkret olaraq, İran və İsrail, ABŞ tərəfi mövcuddur. Əgər, İrana dəstək üçün Koreya, Rusiya, Çin də qoşulsa , həmçinin Qərb blokadasına Almaniya, Fransa, İtaliya dəstək verərsə bu Dünya Müharibəsi sayıla bilər. Ancaq belə bir proses gözlənilmir.  Ekspert açıqlayıb ki, bu münaqişə heç “Total müharibə” də sayılmır. Çünki quru döyüşləri, desant hücumlar mövcud deyil. 

O ki qaldı beynəlxalq iqtisadi çətinliklərin yaranmasına. Bu artıq başlayıb. İran Fars körfəzini bağlayıb. Dünya üzrə də, enerji ticarətinin böyük hissəsi buradan keçir. Körfəz ölkələrinə vurulan zərbələr Dünya bazarında neft və qazın qiymətinin qalxmasına şərait yaradacaq. Lakin bununla, da kifayətlənən deyil. İnvestisiya və birja fondlarında güclü dalğalanmalar qaçılmazdır. Çünki həmin ölkələr xarici valyutanın böyük qisminə sahibdirlər.

Seçilən
30
Ajans.az

1Mənbələr