AZ

“Real”da istefa səsləri

İspaniya La Liqasının XXVI turunda “Xetafe”yə 0:1 hesabı ilə uduzan “Real”da azarkeşlərin narazılığı pik həddə çatıb.

İdmanxeber.az-ın “Marca”ya istinadən yaydığı məlumata görə, “Santyaqo Bernabeu” stadionunda toplaşan fanatlar klub prezidenti Florentino Peresə qarşı “Florentino, istefa!” şüarları səsləndiriblər.

Matçdan sonra oyunçular bu barədə mətbuata açıqlama verməyiblər.

Ardıcıl ikinci məğlubiyyətini alan “Real” 60 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Seçilən
130
idmanxeber.az

1Mənbələr