Bakı. Trend:
SOCAR-ın prezidenti Rövşən Nəcəf Cənub Qaz Dəhlizi MəşvərətŞurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasları çərçivəsində“TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi iləgörüşüb.
Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Görüşdə Azərbaycanın təşəbbüsü ilə icra olunan enerjilayihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerjitəhlükəsizliyində önəmi qeyd olunub. Tərəflər birgə həyatakeçirilən layihələrin icra vəziyyətini, o cümlədən “Abşeron”qaz-kondensat yatağında əməliyyat fəaliyyətinin nəticələrini vəyatağın tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri nəzərdənkeçiriblər.
Söhbət zamanı enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlıinkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.