AZ

SOCAR və “TotalEnergies” Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmini vurğulayıblar (FOTO)

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövşən Nəcəf Cənub Qaz Dəhlizi MəşvərətŞurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasları çərçivəsində“TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi iləgörüşüb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə icra olunan enerjilayihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerjitəhlükəsizliyində önəmi qeyd olunub. Tərəflər birgə həyatakeçirilən layihələrin icra vəziyyətini, o cümlədən “Abşeron”qaz-kondensat yatağında əməliyyat fəaliyyətinin nəticələrini vəyatağın tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri nəzərdənkeçiriblər.

Söhbət zamanı enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlıinkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.

SOCAR
SOCAR
SOCAR
Seçilən
103
11
az.trend.az

10Mənbələr