AZ

Azərbaycan millisi DÇ 2027 nin seçmə mərhələsində mübarizəyə başlayır

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli yığması 2027-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk sınağına çıxacaq.

Oxu.Az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan komandamız qrup mərhələsinin ilk görüşündə Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək.

"Dalğa Arena"da təşkil olunacaq və saat 15:00-da start götürəcək qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdəki ikinci oyununu martın 7-də səfərdə Macarıstan millisinə qarşı keçirəcək. Felksut şəhərində yerləşən "Panço Arena"da baş tutacaq həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
oxu.az

1Mənbələr