AZ

İranda kürd muxtariyyətinin yaradılmasına Türkiyə və Azərbaycan razı ola bilməz



ABŞ prezidenti D. Tramp Şimalı İraq Kürd Muxtariyyətinin lideri M. Bərzani və digər siyasi partiya liderləri ilə telefonla danışıb.
Bu telefon danışığının əsas məqsədi silahlı kürd qruplarının İrana müdaxilə etməsinə nail olmaqdır.
Qeyd edim ki, ABŞ İrana qarşı öz qoşunları vasitəsi ilə quru əməliyyatı keçirmək istəmir. Bunu əsasən, silahlı kürd terror təşkilatları vasitəsilə həyata keçirməyi planlaşdırır.
Hazırda İran -İraq sərhəddində İranın silahlı qüvvələri kürd silahlı qruplaşmaların sərhəddi keçməsinin qarşısını alır. Bunun qarşısını almaq üçün İsrail İran-iraq sərhəddini qırıcılarla vuraraq terrorçuların keçməsinə şərait yaratmağa çalışır. ABŞ -İsrail İranda kürd silahlılarından İranda yeni silahlı qarşıdurma yaratmağa çalışır. Görünür, D. Tramp kürdlərə muxtariyyət sözü verib.
Halbuki, kürd liderlər Suriya ssenarisinə diqqət edib, ordan nəticə çıxarmalıdır. Uzun müddət ABŞ Suriyada YPG silahlandırdı. Onlardan öz məqsədlərinə çatmaq üçün istifadə etdi. Orada da kürd muxtariyyətinin yaradılmasına söz vermişdi. Sonda ABŞ kürd silahlıları Suriya ordusu ilə üzbəüz qoyaraq onlara dəstəyi kəsdi. Eyni prosesi ABŞ İranda kürdlərin əli ilə etməyə çalışacaq. Yenə də uduzan tərəf kürdlər olacaq. Ümumiyyətlə, İranda kürd muxtariyyətinin yaradılmasına Türkiyə və Azərbaycan razı ola bilməz.
Məhəmməd Əsədullazadə
Seçilən
14
3
newscenter.az

4Mənbələr