AZ

Quraqlığa qarşı “görünməz silah” tapıldı - Şagirdlərdən hamını təəccübləndirən NƏTİCƏ

Bu gün “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimi keçirilib, eyni zamanda layihələrlə tanışlıq baş tutub.

Redaktor.az "Sabahın alimləri" layihəsinin iştirakçıları Məryəm Vəliyeva və Banuçiçək Həmzəyevanın da layihəsi ilə tanış olub.

Vurğulayaq ki, layihə özündə bir neçə maraqlı nüansı əks etdirir.

Məryəm Vəliyeva: Bitki və bakteriya simbiozundan istifadə etməklə bitkilərin yaşama qabiliyyətini artırırıq. Azərbaycanın xüsusən Aran zonalarında quraqlıq çox olur. Bununla torpaqların deqradasiyası baş verir. Nəticədə gübrələmə, suvarma kimi proseslərdən istifadə olunur. Amma bu proseslər tam nəticə vermir. Biz də rizobakteriyalarla bitkilərin simbioz əlaqəsini araşdırmaqla yeni yaşıl ümid təklif edirik. Bitkilərin yaşama qabiliyyətini artırırıq.

Banuçiçək Həmzəyeva: Layihəmizin əsas məqsədi suya qənaət etmək, torpaqların kimyəvi gübrələrdən asılılığını azaltmaq, kənd təsərrüfatı məhsullarını daha da artırmaq, ekosistemlərin bərpasına yeni töhfələr verməkdir. Kimyəvi gübrələrdən asılılığı azaltmaq məqsədilə biz özümüz də bakteriyalardan gübrələr yaratmağa çalışırıq. İnkişaf cədvəlimizdə də hər üç bakteriya arasında olan fərqləri qeyd etmişik.

Aytəkin TOFİQQIZI

22
Seçilən
61
redaktor.az

1Mənbələr