AZ

Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün Paddok tikintisinə başlanıb

BAKI, 3 mart. TELEQRAF

Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisə başlanıb.

Qurumun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BCC) piyadaların və sürücülərin diqqətli olmalarını xahiş edir və şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 24–26 sentyabr tarixlərində baş tutacaq. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

Seçilən
24
7
teleqraf.com

10Mənbələr