AZ

Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? Təyyarəsi bu ölkəyə enib

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Yaxın Şərqdəki gərginlik fonunda Səudiyyə Ərəbistanını tərk eddiyi iddia olunur.

Hurriyyet.info xəbər verir ki, o, şəxsi təyyarəsi ilə Madridə gedib. Bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, təyyarə Misir və Aralıq dənizi üzərindən keçməklə İspaniyanın paytaxtına təxminən 7 saatlıq uçuş həyata keçirib. Lakin futbolçunun özünün göyərtədə olub-olmadığı məlum deyil.

Bundan əvvəl İranın pilotsuz uçuş aparatlarının Ər-Riyadda yerləşən ABŞ səfirliyinə hücum etdiyi barədə xəbərlər yayılmışdı. Portuqaliyalı futbolçu ailəsi ilə birlikdə həmin şəhərdə yaşayır.

Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. 2025/26 mövsümündə 41 yaşlı hücumçu Səudiyyə klubunun heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
1
hurriyyet.az

2Mənbələr