AZ

Fransada nüvə siyasəti ətrafında qalmaqal yaranıb

Paris, 3 mart, AZƏRTAC

Fransanın Milli Birlik partiyasının rəhbərləri prezident Emmanuel Makronun ölkənin nüvə gələcəyi ilə bağlı açıqlamalarına sərt reaksiya veriblər. Prezident çıxışında Fransa doktrinasında dəyişiklik elan edərək, Avropa müttəfiqləri ilə daha geniş əməkdaşlığa keçidi nəzərdə tutduğunu bildirib. Bu əməkdaşlıq müttəfiqlərin nüvə çəkindirməsi ilə bağlı hərbi təlimlərdə iştirakını və ya müəyyən hallarda strateji vasitələrin onların ərazisində yerləşdirilməsini əhatə edə bilər.

AZƏRTAC xəbər verir ki, “franceinfo”ya göndərilən bəyanatda Marin Lö Pen və Jordan Bardella Makrona etiraz edərək nüvə çəkindirməsinin prezidenti deyil, milləti öhdəlik altına aldığını bildiriblər: “Nüvə çəkindirməsi milləti öhdəlik altına alır. O, başqasına həvalə edilə bilməz. Bu altmış ildən artıqdır Fransanın müdafiə strategiyasının təməl daşıdır”.

Partiya rəhbərlərinin fikrincə Avropa miqyasında “irəliləmiş çəkindirmə” ilə bağlı Makronun açıqlamaları bir sıra suallar doğurur. Bu yeni anlayış praktiki olaraq Fransanın nüvə imkanlarının Avropa ərazisində yayılması deməkdir.

“Nüvə çəkindirməsi milli suverenliyin əsas elementi olaraq qalmalı və bu məsuliyyət Fransa dövlətindən kənara çıxarılmamalıdır”. Milli Birlik partiyası bu fikrində qətidir.

Seçilən
32
1
azertag.az

2Mənbələr