AZ

“Sülhməramlı” Tramp artıq 7 ölkəni vurub Daha bir neçə ölkəni isə hədələyir

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Ağ Evə qayıtdıqdan sonra Donald Tramp xarici siyasətdə əvvəlkindən daha aktiv və təhlükəli görünür. Amerika Prezidentinin nümayiş etdirməyə çalışdığı sülhməramlı obrazı ilə Vaşinqtonun İrandan Venesuelaya qədər bir neçə ölkəyə hərbi müdaxiləsi kəskin ziddiyyət təşkil edir.

“AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı “Axios” nəşrində dərc edilən yazıda deyildiyi kimi, son Amerika prezidentlərindən heç biri ABŞ-nin 47-ci Prezidenti Donald Tramp qədər çoxlu sayda ölkələrə hərbi zərbə endirməyi əmr etməyib. Baxmayaraq ki, Tramp öz seçki kampaniyasını "müharibə əleyhinə namizəd" kimi aparıb. Pezidentliyinin ilk ilində isə guya 9 münaqişəyə son qoyduğunu iddia edib. Nəşrin məlumatına görə, Trampın rəhbərliyi altında ABŞ 7 ölkədə hərbi əməliyyatlar aparıb. Onlardan üçü - İran, Nigeriya və Venesuela - əvvəllər heç vaxt ABŞ-nin birbaşa hərbi əməliyyatlarının hədəfi olmayıb. Qəzet yazır ki, təkcə 2025-ci ildə Tramp 46-cı Prezident Co Baydenin bütün səlahiyyət müddəti ərzində etdiyindən daha çox hava hücumu əmri verib.

Öz seçki kampaniyasında "yeni müharibələrə başlamamaq" vədinə baxmayaraq, Trampın dövründə ABŞ bir neçə hərbi əməliyyat həyata keçirməklə yanaşı, Kanada, Meksika, Qrenlandiya və Kubaya da hədə-qorxu gəlib. İkinci prezidentliyi müddətində Donald Tramp ABŞ hərbi qüvvələrinə zərbə endirmək əmri verdiyi 7 ölkə aşağıdakılardır:

- Prezident Nikolas Maduronu devirmək üçün Venesuelaya hücum;

- İrana və Yəməndəki Husi hədəflərinə zərbələr;

- Suriya, Nigeriya, Somali və İraqda antiterror əməliyyatları.

Bundan əlavə, ABŞ hərbi əməliyyatlarına Karib dənizindəki gəmilərə zərbələr də daxildir ki, onlara da narkotik qaçaqmalçılığı şübhəsi ilə hücum edilib.

Narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə Donald Tramp Kolumbiya və Meksikaya qarşı da güc tətbiq etməklə bağlı hədələr səsləndirir. Bundan əlavə, Venesueladakı uğurlu əməliyyat Ağ Evi Maduronun əsas müttəfiqi olan Kubaya təzyiqi artırmağa ruhlandırıb.

Xatırladaq ki, ötən şənbə günündən başlayaraq, ABŞ və İsrail İrana hücumlar təşkil edir. Həmin gün İslam Respublikasının Ali Lideri Ayətullah Əli Xamenei hava zərbəsi ilə qətlə yetirilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
129
hurriyyet.az

1Mənbələr