AZ

Sorğu

Bu günÜmumdünya Yazıçılar Günüdür.

Kulis.az bu münasibətlə yazıçılar arasında sorğu keçirib.

Görəsən, onlar özlərini necə hiss edirlər?

Cavabları təqdim edirk.

Anar

Xalq yazıçısı Anar:

"Aydındır ki, ədəbiyyata maraq azalıb. Az oxuyurlar. Yazıçı da istəyir ki, çox oxunsun. Təəssüf ki, bütün dünyada ədəbiyyata maraq azalıb".

O

Əkrəm Əylisli:

"Yazıçı mürəkkəb məxluqdur. Özünü bəzən yaxşı hiss eləyir, bəzən pis. Bəzən də yaxşı olanda elə bilir ki, pisdir.

88 yaşım var. Səhhətimdə problemlər yaranır. Onsuz mümkün deyil. Şikayət eləməyə də haqqım yoxdur. Baxırsan ki, böyük yazıçıların çoxu heç 50 il yaşamayıb, sən 88-ə çatmısan. Belə olanda da adam vicdan əzabı çəkir. Çexov heç 50 il yaşamadı, ancaq mən artıq bu yaşa gəlib çatmışam".

Çingiz

Xalq yazıçısı Çingiz Abdullayev:

"Çox pis. Zaman belədir. Yazıçıya hörmət azalıb. Burada yazıçıların günahı yoxdur. Kitab oxumayan adamlar çoxalır. Belə adamlar yazıçının əziyyətini başa düşmür. Mən özümdən danışmıram, ümumi deyirəm".

Təqvim

Salam Sarvan:

"Sloveniyanın bir şairi var, Aleş Şteger. Onun bir şeiri yadıma düşdü:

Plitənin yanında uzanıb gözləyir kolbasa, gözləyir doğranacağı anı: monastırdakı dünənki şam yeməyindən bir xatirədir hər dilimi".

Şəkil

Şərif Ağayar:

"Azərbaycan yazıçısı azaddırsa, çətinliklə yaşayır, bu və ya digər şəkildə dövlətin himayəsindədirsə, vəziyyəti yaxşıdır. Paradoks isə burdadır: dövlətin himayəsində yaza, ondan uzaqda isə yaşaya bilmirsən".

Unudulan

Mirmehdi Ağaoğlu:

"Azərbaycan yazıçısı bu gün özünü yazıq, miskin, borcun içində batmış, boğulmuş vəziyyətdə hiss edir. Yazdıqları ilə, oxuduqları ilə özünü dolandıra bilməyən, məcburən xələfi Sabir kimi sabun bişirib satmaqla qazanan, ədəbiyyata, mədəniyyətə qiymət verməyən xalqın içində yaşayan yazıçı necə olmalıdırsa, Azərbaycan yazıçısı da o cürdür. Təəssüf, çox böyük təəssüf!"

Əsl

Samirə Əşrəf:

"Yazıçılıq çətin, amma gözəl, zövqlü peşədir. Bütün yazıçı dostlarımı, həmkarlarımı təbrik edirəm. Arzu eləyirəm ki, heç bir yazıçı Tanrı tərəfindən ona verilən istedada xəyanət etməyə məcbur olmasın. Oxucularımıza da arzu edirəm ki, yazıçılarımızın əsərlərini oxusunlar, həyatlarında mütləq ədəbiyyata yer saxlasınlar. Çünki ədəbiyyat insanın vicdanını təmiz saxlaya biləcəyi əsas sahələrdəndir.

Sərçə

Kəramət Böyükçöl:

"Dünyanın elə vaxtıdır ki, silahlar, raketlər, təyyarələr danışır, Bunların danışdığı bir vaxtda Yazıçılar Günü olduğunu demək, adama gülməli gəlir. Çünki sanki sözə, fikrə, düşüncəyə heç bir ehtiyac yoxdur. Ancaq yumruq-təpik danışır. Dünyada beyin erası başa çatıb, əzələ erasıdır. Bu, məncə, aldadıcıdır. Dünyanın elə vaxtı olub ki, güllələr, toplar, tanklar danışıb, ancaq axırda onlar sözlə, ədəbiyyatla yadda qalıblar.Ədəbiyyat olmasaydı, heç o müharibələr də yadda qalmayacaqdı. Ona görə də Yazıçılar Günü dünyanın ən əlamətdar günlərindən biridir. Sözə, ədəbiyyata ləyaqətlə xidmət eləyən hər kəsi bu gün münasibətilə təbrik edirəm.

O,

Ömər Xəyyam:

"Düzünü desəm, bu sual mənə həmişə paradoksal gəlir. Çünki yazıçı üçün “özünü hiss etmək” anlayışı şəxsi duyğudan daha artıqdır — o, cəmiyyətin, zamanın və yaddaşın hisslərini daşıyır. Müasir Azərbaycan yazıçısı olmaq isə bir qədər sərhəddə yaşamaq deməkdir: həm keçmişin dərin kökləri ilə bağlı, həm də gələcəyin qeyri-müəyyənliyinə açıq.

Biz informasiya partlayışı dövründə yazırıq. Hər kəs danışır, amma az adam dinləyir. Yazıçı isə məhz dinləyən tərəfdir. Küçənin səsini, evlərin içindəki səssizliyi, insanların demədiyi cümlələri eşitmək və onları ədəbiyyata çevirmək bizim işimizdir. Bu, həm yorucu, həm də şərəfli bir məsuliyyətdir.

Bəzən özümü köhnə sözlərin keşiyində duran biri kimi hiss edirəm. Çünki söz ucuzlaşdıqca, ədəbiyyat daha qiymətli olur. Müasir yazıçı üçün əsas məsələ məşhurluq deyil, dürüstlükdür. Ədəbiyyat populyarlıq vasitəsi yox, vicdan formasıdır.

Bu gün özümü təntənəli yox, düşüncəli hiss edirəm. Çünki yazmaq mənim üçün şənlikdən çox borcdur. Mən yazını həyatın alternativi kimi yox, onun davamı kimi görürəm. Yazıçı yaşadığı dövrün içində nəfəs alır, amma mətndə zamansız olmağa çalışır.

Əgər qısa desəm: müasir Azərbaycan yazıçısı özünü həm tənha, həm məsuliyyətli, həm də ümidli hiss edir. Çünki söz dünyanı dəyişməsə də, insanı dəyişə bilir — və bu, kifayət qədər böyük gücdür".

Ulucay

Ulucay Akif:

"Özümü yaxşı hiss eləmirəm. Dünyanın hər il bir az da yaşanılmaz hala gəlməsi məni incidir. Könül istərdi ki, dünya yazıçıların arzuladığı kimi olsun. Təkcə dünya yox, elə öz ölkəmiz də... Hərdən kimlərsə elə bilir ki, yazıçıların giley-güzarı maddi qayğılardan yaranır, amma mən elə olmadığına əminəm. Yazıçıları incidən məsələlərin kökü daha dərindədir, fəsadı daha faciəvidir. Torpağımızı itirdik, otuz il torpağımızı qaytarmağı arzuladıq və qovuşduq. İndi isə insanlarımızın şövqü itib. Hər şeydə könülsüz, istəksiz, arzusuz görünürük. Yazıçılarımıza da, digər insanlarımıza da o şövqün qayıtmağını arzulayıram. Özüm də oxuyub-öyrənmək, gəzib-görmək, yazıb-yaratmaq istəyirəm".

Seçilən
10
kulis.az

1Mənbələr