Məşhur aktyor Brüs Kempbell xərçəngə yoluxub.
İnterpress.az xəbər verir ki, bu barədə aktyor öz rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
“Zloveshchikh mertvetsov” (Qorxulu ölülər) filminin ulduzu Brüs Kempbell pərəstişkarlarına kədərli xəbər verib.
Tanınmış aktyora xərçəng diaqnozu qoyulub. O, xəstəliyinin “müalicə oluna bilən”, lakin tamamilə “sağalmayan” növ olduğunu bildirib.
Kempbell qeyd edib ki, hazırda müalicə prosesinə fokuslanmalı olduğu üçün peşəkar fəaliyyətində və xarici görünüşündə bəzi dəyişikliklər qaçılmazdır. Bu səbəbdən o, yay aylarında planlaşdırılan bir neçə kütləvi tədbiri və fan-görüşünü ləğv etmək məcburiyyətində qalıb.
“Bu xəbərin sizi şoka salması ilə bağlı üzr istəyirəm, mənim üçün də elə oldu. Amma yaxşı xəbər budur ki, mən təfərrüatlara varmayacağam. Peşəkar fəaliyyətim və xarici görünüşüm müalicəyə yer vermək üçün ikinci plana keçməlidir. Planım yay boyu mümkün qədər bərpa olunmaqdır ki, payızda yeni filmim ‘Erni və Emma’ ilə tura çıxa bilim”, – aktyor vurğulayıb.
O, həmçinin yalan xəbərlərin yayılmasının qarşısını almaq üçün bu açıqlamanı verdiyini, ruhdan düşmədiyini və kifayət qədər möhkəm insan olduğunu əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az