AZ

Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının aktual məsələləri müzakirə edilib

Bakı. Trend:

Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iləRusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasındatelefon danışığı olub.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanıAzərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının aktual məsələlərimüzakirə edilib.

Ticarət dövriyyəsinin artımında müsbət dinamika qeyd olunub.Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə birgə layihələrinhəyata keçirilməsi məsələlərinə baxılıb.

Söhbət əsnasında Rusiya tərəfi mürəkkəb regional vəziyyətşəraitində Rusiya Federasiyası vətəndaşlarının İran İslamRespublikasından operativ şəkildə təxliyə edilməsinə göstərdiyiyardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Hökumət başçıları Rusiya Hökuməti sədrinin müavininin rəhbərliketdiyi nümayəndə heyətinin dünən Bakıya etdiyi səfərin vacibliyinivurğulayıb, bu ilin aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıqüzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsibarədə əldə olunmuş razılaşmanı alqışlayıblar.

Fürsətdən istifadə edərək Ə.Əsədov M.Mişustini 60 illik yubileyimünasibətilə təbrik edib, ona gələcək dövlət fəaliyyətində uğurlararzulayıb.

Seçilən
23
19
az.trend.az

10Mənbələr