AZ

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

Hazırda Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum olub.

Kulis.az xəbər verir ki, bu barədə şairin həyat yoldaşı, jurnalist İlhamiyyə Rza məlumat paylaşıb.

O bildirib ki, Həmid Herisçinin Təbrizdə qohumlarının yanında sağ-salamat olduğu barədə məlumat Azərbaycanın Təbrizdəki Baş konsulluğundan əldə edilib.

Qeyd edək ki, şair ABŞ və İsrailin İrana hava zərbələri endirməsindən bir neçə gün əvvəl Təbrizə gedib.

Seçilən
42
kulis.az

1Mənbələr