AZ

Həyat yoldaşı İranda olan Həmid Herisçi barədə: Əlaqə qura bilmirik

Hazırda Təbrizdə olan tanınmış yazıçı Həmid Herisçi sağ-salamatdır.

Ölkə.Az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza məlumat verib. O, H.Herisçi ilə əlaqə yarada bilmədiklərini söyləyib:

"Əziz dostlar, tanışlar, qohumlar, Həmiddən nigaran qalanlar, bir xəbər olsa paylaşmağımı istəyənlər. Həmid, şükür Allaha sağ-salamatdır. Təbrizdə, dostlarının, qohumlarının əhatəsindədir. Sadəcə əlaqə qura bilmirik. Konsulluq vasitəsilə xəbər tuta bildim. Tezliklə qayıdacaq.

Nigarançılığımız tək Həmid deyil təbii ki, oradakı bacı-qardaşlarımıza Allah kömək olsun. Tezliklə müharibə kabusu o yerlərdən uzaqlaşsın", - deyə jurnalist əlavə edib.

Billurə

Seçilən
65
olke.az

1Mənbələr