AZ

İranda qalan Həmid Heriçsidən XƏBƏR VAR

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Komissiyasının sədr müavini, yazıçı Həmid Herisçinin həyat yoldaşı, jurnalist İlhamiyyə Rza ondan xəbər almadığına dair məlumat yaymışdı. 

Globalinfo.az-a danışan İlhamiyyə Rza həyat yoldaşı ilə əlaqə yaradıldığını deyib:

“Həmid bu həftə qayıtmalı idi. İnşallah ki, elə vaxtında da qayıdacaq. Müharibə başlayan gün danışmışdıq, sonra rabitə kəsildi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadədənin vasitəçiliyi ilə Təbrizdəki konsulluqdan xəbər aldıq. Onlar Həmidlə ünsiyyətdə olublar. Dost və qohumları ilə əmin-amanlıqda olduğunu dedilər. Sadəcə, rabitə yoxdur, internet və telefon əlaqəsi qapalıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
1
globalinfo.az

2Mənbələr