Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış yazıçısı Həmid Herisçi hazırda Təbrizdədir və son günlər onunla əlaqə saxlamaq mümkün olmayıb.
İranın intensiv hava zərbələrinə məruz qalması barədə yayılan məlumatlar fonunda bu fakt günlərdir narahatlıq doğurur.
“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı yazıçının həyat yoldaşı İlhamiyyə Rza bildirib ki, Herisçi hazırda qohumlarının yanındadır və vəziyyəti yaxşıdır:
“Əziz dostlar, tanışlar, qohumlar, Həmiddən nigaran qalanlar, bir xəbər olsa paylaşmağımı istəyənlər. Həmid şükür Allaha sağ-salamatdır. Təbrizdə, dostlarının qohumlarının əhatəsindədir. Sadəcə əlaqə qura bilmirik. Konsulluq vasitəsilə xəbər tuta bildim. Tezliklə qayıdacaq. konsulluqdan məlumat aldıq. Təşəkkür edirəm!
Nigarançılığımız tək Həmid deyil təbii ki, ordakı bacı,qardaşlarımıza Allah kömək olsun. Tezliklə müharibə kabusu o yerlərdən uzaqlaşsın”.
Qeyd edək ki, Həmid Herisçi əslən təbrizlidir. Onun atası Qafar Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız