AZ

Oman limanında yanacaq çənlərinə dron HÜCUMU

Omanın şərqində yerləşən Duqm ticarət limanına dron hücumu olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Omani" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bir neçə dron Omanın şərqindəki Duqm limanında yanacaq saxlama çənlərini hədəf alıb. Sultanlığın təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, saxlama çənlərindən birinə zərbə endirilib. Hücum nəticəsində dəyən ziyan lokallaşdırılıb, itki qeydə alınmayıb.

Qeyd edək ki, Duqm limanı Ərəbistan dənizində fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi üçün mühüm təchizat məntəqələrindən biridir.

Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də İrana zərbələr endirməyə başlayıb. İran isə buna cavab olaraq bölgədə yerləşən İsrail və ABŞ-yə məxsus hərbi bazaları və enerji obyektlərini hədəf aldığını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
7
redaktor.az

1Mənbələr