AZ

İlhamiyyə Rza: Həmid sağ salamatdır, tezliklə qayıdacaq

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tanınmış jurnlaist İlhamiyyə Rza həyat yoldaşı, yazıçı Həmid Herisçi ilə bağlı narahatlıqlara aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada tanınmış yazıçının sağ-salamat olduğunu bildirib.

"Əziz dostlar, tanışlar, qohumlar, Həmiddən nigaran qalanlar, bir xəbər olsa paylaşmağımı istəyənlər. Həmid , şükür Allaha sağ salamatdır. Təbrizdə, dostlarının qohumlarının əhatəsindədir. Sadəcə əlaqə qura bilmirik. Konsulluq vasitəsilə xəbər tuta bildim. Tezliklə qayıdacaq.

Nigarançılığımız tək Həmid deyil təbii ki, ordakı bacı qardaşlarımıza Allah kömək olsun. Tezliklə müharibə kabusu o yerlərdən uzaqlaşsın",-deyə İlhamiyyə Rza əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
1
baku.ws

2Mənbələr