AZ

Bu şəxslərdən 5 illik musiqi təhsili tələb olunacaq

Vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə qəbul aparan müvafiq ali təhsil müəssisələri ilə görüşlər zamanı bu ixtisaslar üzrə ali təhsil pilləsinə qəbul üçün musiqi təhsili haqqında təhsil sənədinin tələbi barədə müzakirələr aparılıb və ali təhsil pilləsinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün 5 illik musiqi təhsilinin vacibliyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbul olunmuş qərara əsasən, 2027/2028-ci tədris ilindən etibarən vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin qeydiyyatı zamanı ən az 5 illik musiqi təhsili sənədi tələb olunacaq.

Qeyd etmək istəyirik ki, bu il, yəni 2026/2027-ci tədris ilində vokal sənəti ixtisasının xanəndəlik və milli vokal sahələri üzrə  ali təhsil müəssisələrinə qəbul əvvəlki illərdə olduğu kimi musiqi təhsili haqqında təhsil sənədi olmadan aparılacaq.  

"Cebheinfo.az"

Seçilən
7
9
cebheinfo.az

10Mənbələr