AZ

“DONBASSDAN ÇıXMAYACAĞAM, BU DƏLİLİKDİR...” “Seçkidə iştirak edəcəyimə əmin deyiləm”

Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti prezident seçkilərində iştirak edəcəyinə əmin deyil.

“AzPolitika” xəbər verir ki, o bunu “Corriere Della Sera”-ya verdiyi müsahibədə deyib.

"Əsl sual budur: seçkiləri nə vaxt keçirə biləcəyik? Əlbəttə ki, onlar müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra keçiriləcək. Və mən bu vəzifəyə namizəd olacağımdan qəti əmin deyiləm, görəcəyəm ki, ukraynalılar nə istəyirlər", - deyə Zelenski cavab verib.

Lakin sonradan Ukrayna Prezident Ofisi qeyd edib ki, media orqanı Zelenskinin sözlərini tam dəqiq çatdıra bilməyib. 

Ofisdən bildiriblər ki, əslində, Prezident müharibə tam bitmədən seçki keçirilməsini birmənalı istisna etməyib və Zelenskinin fikirləri aşağıdakılardan ibarətdir: "Əsl sual budur: seçkiləri nə vaxt keçirə biləcəyik? Əgər seçkilər müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra keçirilərsə, mən heç də əmin deyiləm ki, namizədliyimi irəli sürəcəyəm - ukraynalıların nə istədiyinə baxacağam".

Bundan əlavə, Zelenski müsahibəsində Donbassla bağlı daha sərt mövqe sərgiləyib. O deyib ki, müttəfiqlərin təhlükəsizlik zəmanəti şərti ilə belə Donbassdan heç vaxt imtina etməyəcək: "Açıq şəkildə bildirmək istəyirəm: Mən Donbassı və orada yaşayan 200.000 ukraynalını heç vaxt tərk etməyəcəyəm. Bunu niyə etməliyəm? Çünki Putin bunu sülh şərti kimi irəli sürür? O, dərhal yeni tələblər irəli sürməyəcək ki? Xeyr, mən buna yol verməyəcəm".

Eyni zamanda o, ən yaxşı müdafiə istehkamlarının Donbassın Ukrayna nəzarətindəki ərazilərində yerləşdiyini və Ukrayna qoşunları geri çəkərsə, rusların ölkənin mərkəzinə sərbəst şəkildə irəliləyə biləcəyini qeyd edib.

Zelenski əlavə edib ki, ABŞ təhlükəsizlik zəmanətlərini təmin etmək üçün qoşunlarını Ukraynaya göndərsə belə, risklər yenə qalacaq: "Paralellər aparmaq istəmirəm, amma gəlin Əfqanıstandan qoşunların çıxarılmasını xatırlayaq. 10 ildən sonra Tramp deyil, ABŞ-nin digər bir prezidenti qoşunlarını çıxarmaq qərarına gəlsə, nə baş verəcək? Bizə güclü müdafiə lazımdır – Ukraynanın öz müdafiə xətti".

O, həmçinin qeyd edib ki, hərbi əməliyyatlara son qoymaq üçün ABŞ-nin cəbhə xəttini olduğu kimi dondurmaq təklifini qəbul edib: "Lakin ruslar bundan imtina etdilər. Onlar Donbassdan qoşunların tamamilə çıxarılmasını istəyirlər. Sonra amerikalılar cəbhənin hər iki tərəfində silahsızlaşdırılmış zonalar və azad iqtisadi zona təklif etdilər. Mən dedim ki, bu, hər iki tərəfə tətbiq olunmalıdır, amma ruslar cavab verdilər ki, bu, yalnız bizim tərəfimizdə olmalıdır. Bu, təmiz dəlilikdir".

Prezident qeyd edib ki, Ukraynanın amerikalılardan təhlükəsizlik zəmanətləri var, lakin onlar bunu yalnız ruslarla razılaşma kontekstində imzalamaq istəyirlər. Avropalılarla protokol da hazırdır, lakin o da imzalanmayıb. Ukraynanın yenidən qurulması ilə bağlı razılaşmalar var, lakin bu, yalnız sülhdən sonra başlaya bilər: "Biz 20 maddəlik plan və ərazi nəzarəti məsələsində ilişib qalmışıq. Amerikalılar ərazi mübadiləsi barədə düşünürlər, ruslar bizim getməyimizi istəyirlər. Mübadilə bizim maraqlarımıza uyğun deyil. Niyə öz ərazimizi vətənimizin bir hissəsi olan başqa bir ərazi ilə dəyişdirməliyik?".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
hurriyyet.az

1Mənbələr