AZ

Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək

Martın 5-i və 6-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu baradə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə federasiya tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

İdman.Biz
Seçilən
15
10
idman.biz

10Mənbələr