AZ

Cənub Qaz Dəhlizi Avropa üçün yeni enerji reallığını formalaşdırır - Serbiyanın nazir müavini

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Avropa üçün yeni enerji reallığını təmsiledir.

Trend xəbər verirki, bunu Serbiyanın Mədənçilik və Energetika Nazirliyində neft vəqaz üzrə nazir müavini vəzifəsini icra edən Saşa Kokoviç Cənub QazDəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda keçirilən12-ci iclasında etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, Serbiya ilə Bolqarıstan arasında qazinterkonnektorunun istifadəyə verilməsi ilə Serbiya ilk dəfə olaraqCənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı da daxil olmaqladigər mənbələrdən qaz tədarükü imkanına sahib olub.

Cənub Qaz Dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil. O,Avropa üçün etibarlı tərəfdaşlıqlar və qarşılıqlı etimad əsasındaformalaşan yeni enerji reallığını təmsil edir. SerbiyanınAzərbaycanla əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır vəəsasən Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasındakıdostluq münasibətlərinə əsaslanır.

Bu günə qədər əldə edilmiş əməkdaşlıq nəticələri təbii qaz,bərpa olunan enerji mənbələri və yeni texnologiyaların tətbiqisahəsində təcrübə mübadiləsini əhatə edən imzalanmış sazişlərlətəsdiqlənmişdir. Fevralın 15-də Serbiyanın paytaxtı Belqradşəhərində həmdövrəli buxar-qaz turbin tipli elektrik stansiyasınıninkişafı, layihələndirilməsi, tikintisi və idarə olunması üzrəimzalanmış son saziş iki ölkə arasında enerji əməkdaşlığının dəqiqsübutu və əsasını təşkil edir”, - o bildirib

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edənCənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz BoruKəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olanTransadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetrhəcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cıildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyəimkan verəcək.

Məqalədə:
Seçilən
129
az.trend.az

1Mənbələr