AZ

Leyla Əliyeva: "Əgər Xəzər çətin vəziyyətdədirsə, demək ki, dünya ekosistemi təhlükə altındadır"

Xəzər dənizi qlobal ekosistemin güzgüsüdür.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında bildirib.

IDEA İctimai Birliyinin rəhbəri deyib ki, istənilən fəaliyyət müzakirə olunarkən, ətraf mühitin qorunması hər zaman prioritet olmalıdır.

O qeyd edib ki, dünya tarixi enerji keçidi dövrünü yaşayır: “Bəli, təbii qazın qlobal enerji təhlükəsizliyində mühüm rolunu qəbul edirik. Lakin ölkəmiz daha təmiz enerjiyə doğru irəliləməlidir. Fosil yanacaqların hava, su və vəhşi təbiətə vurduğu zərəri görməzlikdən gələ bilmərik”.

Leyla Əliyevanın sözlərinə görə, Xəzər dənizinin heyvanat aləmi təhlükə altındadır: “Son yüz ildə Xəzər suitilərinin sayı 1 milyondan 200 minə düşüb”.

Leyla Əliyeva IDEA İctimai Birliyinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbiətin qorunması istiqamətində geniş layihələr həyata keçirdiyini xatırladıb: “Layihələrimiz milyonlarla ağacın əkilməsi, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması və gənclərin ekoloji maarifləndirilməsini əhatə edir”.

"Cebheinfo.az"

Seçilən
105
13
cebheinfo.az

10Mənbələr