AZ

İnformasiya və rabitə sektorunun gəlirləri azalıb

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 milyon 281 min 800 manat təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,7 % azdır.

2025-ci ildə Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 6 milyon 945 min 900 manat dəyərində xidmət göstərilib.

Bu isə illik müqayisədə 5 % azalma deməkdir.

Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 51,8 % artaraq 335 min 900 manat olub.

"Cebheinfo.az"

Seçilən
19
5
cebheinfo.az

6Mənbələr