Bakı, 3 mart, AZƏRTAC
Hazırda ölkə üzrə 92 klub fəaliyyət göstərir və 3000-ə yaxın idmançı taekvondo ilə məşğul olur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov məlumat verib.
Onun sözlərinə görə, xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında əldə olunan nəticələr ölkədə bu idman növünün davamlı inkişaf etdiyini və taekvondoya marağın artdığını nümayiş etdirir.