AZ

Günəşdə rekord PÜSKÜRMƏ: Bir milyon kilometrlik plazma buludu AŞKARLANDI – VİDEO

Günəşdə bir milyon kilometrlik nəhəng protuberans qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici elmi mənbələr məlumat yayıb.

Günəş səthində təxminən bir milyon kilometr uzunluğunda nəhəng protuberans (plazma püskürməsi) baş verib.

Alimlər bu hadisənin miqyasına görə rekord həddə çatdığını bildirirlər.

Püskürmənin nəhəng ölçülərinə baxmayaraq, mütəxəssislər Yer kürəsi üçün heç bir təhlükə olmadığını vurğulayırlar.

Bildirilir ki, bu təbiət hadisəsi planetimizə və ya texnoloji sistemlərin fəaliyyətinə mənfi təsir göstərməyəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
112
interpress.az

1Mənbələr