AZ

"Real"ın hücumçusu Rodriqo ciddi zədə ilə üzləşib

İspaniyanın "Real" klubunun hücumçusu Rodriqo La Liqanın XXVI turunda "Xetafe"yə qarşı keçirilən oyunda (0:1) ciddi zədə alıb.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard dizindən aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi müayinədən keçəcək.

Təxminən bir aylıq fasilədən sonra meydana qayıdan 25 yaşlı futbolçu 54-cü dəqiqədə oyuna daxil olsa da, matçı zədə ilə tamamlayıb. İlkin məlumatlara görə, zədənin ciddi olması onun "Selta" ilə növbəti matçı, eləcə də Çempionlar Liqasının "Mançester Siti"yə qarşı keçiriləcək ilk oyununu qaçırmasına səbəb ola bilər.

Rodriqo cari mövsümdə "Kral klubu"nun heyətində bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edib. O, bu oyunlarda 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Rodriqodan əlavə, Madrid təmsilçisinin heyətində Kilian Mbappe, Cud Bellinqem və Eder Militao kimi aparıcı futbolçular da zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıblar.

Seçilən
7
moderator.az

1Mənbələr