AZ

Soçi sahillərində zəlzələ qeydə alınıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva, 3 mart, AZƏRTAC

Qafqaz regionunun Rusiyaya aid hissəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Soçi sahillərində yerləşib.

AZƏRTAC xəbər verir ki, Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, episentr şəhərdən 21 kilometr cənub-qərbdə yerləşib, ocağı isə 35 kilometr dərinlikdə olub.

Soçi şəhərinin meri Andrey Proşuninin “Telegram” kanalında yerləşdirilmiş məlumatına əsasən, episentr Qara dəniz akvatoriyasında sahildən təxminən 5 kilometr məsafədə yerləşib. Lazarev rayonunda təkanların gücü 4 bal, Mərkəzi rayonda isə 3 bal təşkil edib.

Hazırda seysmik fəallıq dayanıb. Fövqəladə hallar və dağıntılar qeydə alınmayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azertag.az

4Mənbələr