AZ

Mülki müdafiə sahəsində bilik və bacarıqlar təkmilləşdirilir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən 1 saylı və 2 saylı Gəncə “ASAN xidmət” mərkəzlərində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi obyekt mülki müdafiə məşqi, Gəncə-Dövlət Aqrar Kollecində isə nümunəvi dərs keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə onlara əməli vərdişlərin aşılanması olub.

Tədbirlər zamanı müəssisələrin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
azertag.az

7Mənbələr