Bədavi Hüseynov əslində mövsmün sonunda karyerasını bitirməyi düşünürdü.

Rekord.az xəbər verir ki, həm yaş amili, həm də davamlı zədələr futbolçunu bu addımı atmağa vadar edirdi.

Lakin Qurban Qurbanovla danışandan sonra qərarını dəyişib. Belə ki, Qurbanov 35 yaşlı müdafiəçiyə daha 1 il oynamağı və ona kömək etməyi məsləhət görüb. Hüseynov da baş məşqçinin sözündən çıxmayıb. Beləliklə, yaxınlarda Bədavinin "Qarabağ"la daha 1 illik müqavilə imzalayacağı gözlənilir.