“Qızlar sona qədər mübarizə apardılar”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov mətbuat konfransında deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Şimali İrlandiyaya qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb: “Çətin olacağını bilirdik. Buna baxmayarq çox istəyirdik ki, qalib gələk. Şükürlər olsun ki, qələbə bizim oldu. Buna görə qürurlanırıq. Komandama təşəkkür edirəm. Oyunun bəzi məqamlarında  problemlərimiz oldu. Xüsusilə də ilk 20 dəqiqədə. Ancaq sonradan komanda özünə gəldi və hücumlar qura bildik. Necə hazırlaşmışdıqsa, elə də qollar vurduq. Bu da sevindirici haldır”.

Qeyd edək oyun millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.