AZ

Qonşuda virus yayılıb, qapanmalar var Azərbaycanda vəziyyət necədir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın bir sıra regionlarında kəskin respirator virus infeksiyalarının (ARVI) sürətlə yayılması epidemioloji vəziyyəti gərginləşdirib. Bu barədə məlumatı Telegram üzərindən yayımlanan “112” kanalı paylaşıb. Bildirilir ki, artıq azı 20 regionda karantin tədbirləri tətbiq olunub. Məlumata görə, xüsusilə Perm bölgəsində vəziyyət daha ciddidir. 43 məktəb və 47 uşaq bağçası müvəqqəti olaraq fəaliyyətini dayandırıb. İnfeksionistlər xəstəliyin hələ pik həddə çatmadığını, lakin yaxın iki-üç həftə ərzində yoluxma sayında artımın gözlənildiyini bildirirlər. Rusiyada ARVI infeksiyasının sürətlə yayılması fonunda bu xəstəliyin Azərbaycana keçib-keçməyəcəyi cəmiyyətdə suallar doğurur.Bu barədə terapevt-həkim Kəmalə Orucova Demokrat.az-a açıqlama verib.O bildirib ki, ARVI kəskin respirator virus infeksiyaları mövsümi xəstəliklərdir və adətən payız-qış aylarında sürətlə yayılır:“Rusiyada hazırda müşahidə olunan artım da əsasən hava şəraiti, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi ilə bağlıdır. Bu cür infeksiyaların başqa ölkələrə keçmə ehtimalı nəzəri olaraq mümkündür, çünki viruslar sərhəd tanımır. Xüsusilə sıx nəqliyyat əlaqələri olan ölkələr arasında yoluxma riski arta bilər. Amma bu o demək deyil ki, avtomatik olaraq Azərbaycanda da eyni vəziyyət yaranacaq. Hazırda əsas məsələ vəziyyəti nəzarətdə saxlamaq və vaxtında profilaktik tədbirlər görməkdir. Əhali arasında ən çox yoluxanlar uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslərdir.Ona görə də şəxsi gigiyenaya diqqət etmək, əlləri tez-tez yumaq, xəstə insanlarla yaxın təmasdan qaçmaq və immun sistemi zəifdirsə, özünü qorumaq vacibdir. Qripə və digər respirator infeksiyalara bənzər əlamətlər olduqda isə evdə qalmaq və həkimə müraciət etmək ən düzgün yanaşmadır”.Həkim qeyd edib ki, ölkələr arasındakı sıx nəqliyyat və gediş-gəliş əlaqələri virusların coğrafi sərhədləri aşmasına şərait yarada bilər. Lakin bu, mütləq şəkildə Azərbaycanda da eyni kütləvi yoluxma halının yaşanacağı mənasına gəlmir. Hazırkı mərhələdə əsas diqqət preventiv addımlara və profilaktikaya yönəldilməlidir.Xüsusilə uşaqlar, yaşlı şəxslər və xroniki xəstəliklərdən əziyyət çəkənlər risk qrupuna daxildir. Qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və xəstəlik əlaməti olan şəxslərlə təması minimuma endirmək tövsiyə olunur. Həkim xəstəlik simptomları müşahidə edilən şəxslərə işə və ya dərsə getməməyi, dərhal tibbi yardım almağı məsləhət görür.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
demokrat.az

1Mənbələr