AZ

Soçi sahillərində zəlzələ qeydə alınıb

Qafqaz regionunun Rusiyaya aid hissəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Soçi sahillərində yerləşib.

AZƏRTAC xəbər verir ki, Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, episentr şəhərdən 21 kilometr cənub-qərbdə yerləşib, ocağı isə 35 kilometr dərinlikdə olub.

Soçi şəhərinin meri Andrey Proşuninin “Telegram” kanalında yerləşdirilmiş məlumatına əsasən, episentr Qara dəniz akvatoriyasında sahildən təxminən 5 kilometr məsafədə yerləşib. Lazarev rayonunda təkanların gücü 4 bal, Mərkəzi rayonda isə 3 bal təşkil edib.

Hazırda seysmik fəallıq dayanıb. Fövqəladə hallar və dağıntılar qeydə alınmayıb.

Seçilən
22
3
yeniazerbaycan.com

4Mənbələr