İsrail və ABŞ İranın yeni Ali Rəhbəri seçməyə hazırlaşan Ekspertlər Məclisinin Qumdakı binasına aviazərbə endirib.
APA xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Hələlik tələfatla bağlı məlumat verilməyib.
Qeyd edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei şənbə günü ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb.