AZ

Ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Martın 3-də Bakı Ali Neft Məktəbində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə Aznews.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Ali təhsil müəssisələrinə qəbul prosesinə həsr olunmuş görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev gündəlikdə yer alan məsələləri qeyd edib və müzakirəsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Biliyin qiymətləndirilməsi və ali təhsil müəssisələrinə tələbə qəbulu” mövzusunda geniş təqdimatla çıxış edib. Sədr müasir dövrdə ölçülməsi vacib olan bilik və bacarıqlardan bəhs edib, xüsusilə rəqəmsal savadlılığın qiymətləndirilməsində əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, qəbul prosesi məqsədyönlü və məsuliyyətli təhsil trayektoriyasının başlanğıcı kimi formalaşdırılmalıdır.

Seçilən
19
15
aznews.az

10Mənbələr