AZ

Simonyan Sarkisyanın partiyasının impiçment təşəbbüsünü lağa qoyub

ain.az, Ayna saytına istinadən bildirir.

“Respublikaçıların seçkilərdə iştirak etmək üçün hətta 400 nəfəri yoxdur”

"Biz panikaya düşürük". AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan Ermənistan Respublika Partiyasının başlatdığı impiçment prosesini şərh edərkən deyib.

Spiker Baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq səsverməsinə münasibəti bildirərkən istehza ilə danışıb: "Seçkilər yaxınlaşır. Hansı impiçment? Hansı küçə davası? Respublikaçıların seçkilərdə iştirak etmək üçün hətta 400 nəfəri yoxdur. Onlar hansı impiçment planlaşdırırlar?", Simonyan qeyd edib.

Qeyd edək ki, impiçmentin təşəbbüskarı olan partiyanın rəhbəri sabiq Prezident Serj Sarkisyandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
ayna.az

1Mənbələr