AZ

Komissar: Aİ və Azərbaycan enerji sahəsində əməkdaşlığı gücləndirib

Aİ-Azərbaycan enerji tərəfdaşlığı Avropanın təmiz enerji keçidinə uyğun olaraq inkişaf edir.

APA xəbər verir ki, bu Bakıda səfərdə olan Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen “X” hesabında yazıb.

Komissar qeyd edib ki, bu gün Aİ və Azərbaycan enerji sahəsində əməkdaşlığı gücləndirib: “Bura qaz təminatı, metan emissiyalarının azaldılması, bərpaolunan enerji ehtiyatlarının genişləndirilməsi daxildir”.

Yorgensenin sözlərinə görə, Azərbaycan və region bərpaolunan enerji sahəsində böyük potensiala malikdir.

“Cənubi Qafqaz təmiz texnologiya və infrastrukturun inkişafı üçün haba çevrilə bilər”, - Aİ komissarı əlavə edib.

Seçilən
17
2
apa.az

3Mənbələr