AZ

Virtual pulu olanlar çaşqınlıq içində:NƏ ETSİNLƏR?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qlobal kriptobirjada sutkalıq ticarətdə qarışıq dinamika müşahidə olunub.

"CoinMarketCap" xəbər verir ki, “Bitcoin”in (BTC) qiyməti 24 saatda 2,57% artaraq 67 945,35 ABŞ dollarına yüksəlib. BTC-nin bazar kapitallaşması 1,35 trln. dollar təşkil edib.

“Ethereum”un (ETH) qiyməti 2,07% artaraq 1 993,25 dollara çatıb. Son 7 gündə ETH-nin qiyməti 9,16% yüksəlib.

BNB-nin qiyməti 1,92% artaraq 632,18 dollar, “Bittensor”un (TAO) qiyməti isə 3,39% artaraq 181,85 dollar olub.

Eyni zamanda, bəzi aktivlərdə azalma qeydə alınıb. “Bitcoin Cash”in (BCH) qiyməti 1,74% azalaraq 440,84 dollar, “Monero”nun (XMR) qiyməti 2,98% azalaraq 337,09 dollar təşkil edib.

Qızıl təminatlı tokenlərdə də azalma müşahidə olunub. “PAX Gold”un (PAXG) qiyməti 1,84% azalaraq 5 318,22 dollar, “Tether Gold”un (XAUt) qiyməti isə 1,38% azalaraq 5 271,43 dollar olub.

Ümumilikdə qlobal kripto bazarının kapitallaşması 2,33 trln. dollar səviyyəsində qərarlaşıb.Analitiklər bazardakı son durumu investorların risk iştahının artması, fond bazarlarında nisbi sabitlik və böyük altkoinlərdə texniki alışların güclənməsi ilə izah edirlər. Eyni zamanda, bəzi aktivlərdə qısamüddətli mənfəət realizasiyası qiymətlərin azalmasına səbəb olub.

Göründüyü kimi, “Bitcoin” artıq 67–68 min dollar ətrafında ticarət olunur. Son günlərdə baş verən İran-İsrail müharibəsinin kriptovalyuta bazarına təsir imkanları hansı səviyyədədir? Ümumiyyətlə, dünyadakı bu hadisələr kripto-investorların davranışında, xüsusilə Azərbaycanda, hansı dəyişikliklərə yol aça bilər?

“Crypto Consulting” MMC-nin direktoru, "Kriptoinvest.az" portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, son günlər Yaxın Şərqdə ABŞ, İran və İsrail arasında artan hərbi gərginlik dünya maliyyə bazarlarında narahatlığı artırıb. 

O qeyd edib ki, bu proses kriptovalyuta bazarına da təsir edir:

“”Bitcoin” hazırda 67-68 min dollar ətrafında ticarət olunsa da, xəbərlərin təsiri ilə qiymətlərdə sürətli eniş və qalxmalar müşahidə olunur. Belə dövrlərdə investorlar daha ehtiyatlı davranmağa başlayırlar. Tarixi təcrübə göstərir ki, hərbi və siyasi risklər artdıqda, investorların bir hissəsi vəsaitini qızıla və digər nisbətən sabit hesab olunan vasitələrə yönəldir. Kriptovalyutalar isə hələ də daha yüksək riskli yatırım kimi qəbul edilir. Buna görə də qısa müddətdə bazarda satış təzyiqinin artması mümkündür”.

Onun sözlərinə görə, proqnoz olaraq yeni investorların əhəmiyyətli hissəsi bu mərhələdə daha təhlükəsiz hesab etdikləri istiqamətlərə üstünlük verəcəklər:

“Xüsusilə qızıl və sabit gəlirli maliyyə alətləri diqqət mərkəzinə düşə bilər. Lakin artıq kriptovalyuta bazarında mövqeyi olan investorların hamısının bazardan çıxacağı gözlənilmir. Uzunmüddətli düşünən investorlar “Bitcoin” və “Ethereum” kimi əsas kriptovalyutalarda mövqelərini qorumağa meyilli ola bilərlər”. 

Elnur Quliyev əlavə edib ki, Azərbaycanda da oxşar davranış modeli müşahidə edilə bilər:

“Qısamüddətli investorlar daha tez qərar dəyişə, lakin bazarda təcrübəsi olan şəxslər dalğalanmaları keçici mərhələ kimi qiymətləndirə bilər. Ümumilikdə, yaxın dövrdə ehtiyatlılıq və risklərin bölüşdürülməsi əsas tendensiya olacaq”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

kriptovalyuta Elnur Quliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr