AZ

İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran bir sıra məhsulların ixracını qadağan edib. Məlumata görə, İranın Kənd Təsərrüfatı Nazirliyi mövcud şəraitdə ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, pomidor və xurmanın ixracına qadağa tətbiq edib. Qadağanın qeyri-müəyyən müddətə qüvvədə olacağı bildirilir.

Qonşu ölkənin bu qərarı Azərbaycan bazarına necə təsir göstərə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri İqtisadçı-ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər bu məhsulların bir hissəsi Azərbaycana İran vasitəsilə idxal olunurdusa, ixracın dayandırılması bazarda təklifin azalmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Akif Nəsirlinin sözlərinə görə, qiymət artımının miqyası əsasən yerli istehsalın kifayətliliyi və alternativ idxal mənbələrinin mövcudluğundan asılı olacaq:

"Əgər alternativ tədarük yolları varsa və yerli istehsal tələbatı ödəyirsə, təsir məhdud ola bilər. Qısa müddətli qadağalar bazarda müəyyən narahatlıq yarada bilər. Lakin uzunmüddətli qiymət artımı əsasən tədarük balansından asılı olacaq”.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr