Keçmiş “Qalatasaray” futbolçusu Covani dos Santos karyerasını başa vurduqdan sonra etdiyi sərmayə ilə böyük gəlir əldə edib.
Offsideplus.az xəbər verir ki, 2021-ci ildə futbolu bitirən, daha əvvəl “Barselona” və “Tottenhem”də çıxış etmiş sabiq yarımmüdafiəçi Meksikanın neft sektoruna ciddi yatırım edib.
Məlumata görə:
— O, dövlət nəhəngi PEMEX ilə sıx əlaqəli iri neft-kimya şirkəti “Prokura Meksiko”nun səhmlərini alıb.
— Bu investisiya ona illik təxminən 400–500 min dollar gəlir gətirir.
— Ümumi qazancı indiyədək təxminən 20 milyon dollar təşkil edir.
Bundan əlavə, Covani dos Santos Meksikada lüks avtomobil satışı biznesinə də sahibdir.