AZ

Səfəvilərin İranda tikdirdiyi "Gülüstan" sarayı vuruldu - FOTOLAR

ABŞ və İsrailin İrana endirdiyi birgə aviazərbələr zamanı Tehranda yerləşən tarixi Gülüstan sarayı ziyan görüb.

Ölkə.Az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi “X” hesabında paylaşılıb. Bildirilib ki, paytaxtdakı aviazərbələr nəticəsində ciddi zərər görən məkanlardan biri məhz “Gülüstan” sarayıdır.

Qeyd edək ki, saray XVI əsrdə Səfəvi hökmdarı I Təhmasib tərəfindən tikdirilib. Kompleks sonradan Qacarlar sülaləsi dövründə iqamətgah kimi istifadə olunub, Pəhləvilər sülaləsi zamanında isə rəsmi mərasimlərə ev sahibliyi edib.

Hazırda muzey kimi fəaliyyət göstərən saray 2013-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Hadisə bölgədə davam edən hərbi gərginliyin mədəni irs obyektlərinə də təsir göstərdiyini ortaya qoyur.

Seçilən
13
olke.az

1Mənbələr