Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
FHN-nin mətbuat xidmətindən isə bildirilib ki, Yasamal rayonunda yanğın baş verməsi məlumatı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb edilib.
Yanğın qısa müddət ərzində söndürülüb.
Tarix: 3 Mart 2026, 19:57