“Liverpul” klubu yay transfer pəncərəsində Carell Quansanı yenidən heyətinə qatmaq üçün 80 milyon avroluq gerialma maddəsini aktivləşdirməyi ciddi şəkildə nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, müdafiəçi İbrahima Konatenin müqaviləsi son aylarına daxil olub və yeni anlaşma ilə bağlı razılıq əldə olunmayıb. Bu səbəbdən Kuansa Konatenin ayrılacağı halda əsas müdafiə prioriteti kimi müəyyənləşdirilib.
Kuansa ötən il 38 milyon funt sterlinq qarşılığında “Bayer Leverkuzen”ə transfer olunub və Almaniya klubunda əsas heyətdə mütəmadi çıxış edir. O, Bundesliqada və Çempionlar Liqasında liderliyi və soyuqqanlı oyunu ilə diqqət çəkib.
Futbolçuya yaxın mənbələr onun “Liverpul”a dərin bağlılığının davam etdiyini və “Enfild”ə qayıdışı məmnuniyyətlə qarşılayacağını bildirir.
Qeyd edək ki, 80 milyon avroluq geri-alma maddəsi yalnız 2026-cı ilin may ayının sonuna qədər qüvvədədir. Bu isə “Liverpul”u qərar verməkdə tələsməyə məcbur edir. “Bayer Leverkuzen”in isə danışıqlara açıq olduğu və daha yüksək məbləğ üçün təzyiq göstərə biləcəyi vurğulanır.
Transfer uğrunda yarışda “Çelsi” və “Mançester Yunayted”in də vəziyyəti yaxından izlədiyi bildirilir.