AZ

Barselonada Xocalı soyqırımı qurbanları ehtiramla anılıb (FOTO)

Bakı. Trend:

Barselonanın Santa Maria de Valldonzella Kral MonastırındaXocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalıya qayıdış”adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan RespublikasınınDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, BarselonadakıAzərbaycanlılar Cəmiyyəti və Azərbaycan Evinin təşkilatçılığı iləbaş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, tədbirdə Azərbaycan Respublikasının İspaniyadakı səfiri RamizHəsənov, rəsmi qonaqlar, Barselonada yaşayan soydaşlarımız, eləcədə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçənşəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçəngecə Ermənistan silahlı qüvvələrinin Xocalıda xalqımızın başınagətirdikləri dəhşətli müsibətlər haqqında geniş məlumat verilib.Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətindəgörülən işlərdən danışılıb. Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyatakeçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətivurğulanıb.

Bədii hissədə Barselona Universitetinin xor kollektivi,“Artinity” Vokal Qrupu, “Salvat” kamera orkestri və solistləriniştirakı ilə klassik musiqi parçaları səsləndirilib. Ahmet SuleymanBilginin dirijorluğu ilə keçirilən proqramda yaddaş, sülh və ümidmövzularına həsr olunan musiqi əsərləri ifa edilib.

Şam işığında keçirilməsi anım mərasiminə xüsusi mənəvi vəemosional təsir qatıb. Tədbir iştirakçılara Xocalı soyqırımınınunudulmayacağı, eyni zamanda sülhün, qarşılıqlı hörmətin vəmədəniyyətlərarası dialoqun təşviqi mesajlarını çatdırıb.

Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Barselonada
Seçilən
11
az.trend.az

1Mənbələr