AZ

Laslo Vasa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır

Bakı, 3 mart, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanla Mərkəzi Avropa arasında sualtı enerji kabel layihəsinin həyata keçirilməsi regionun enerji əlaqəsini gücləndirməklə yanaşı, həm də yüksəktexnoloji sənaye sahələrinin inkişafı üçün şərait yarada bilər.

Bu fikri beynəlxalq münasibətlər üzrə macarıstanlı ekspert Laslo Vasa AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycandan sabit və nisbətən ucuz elektrik enerjisinə çıxış Macarıstana regional enerji mərkəzi statusunu qoruyub saxlamağa imkan verəcək.

Ekspert qeyd edib ki, bu layihə təkcə enerji deyil, həm də strateji əhəmiyyət kəsb edir, çünki Avropada sərhədyanı infrastruktur üçün yeni bir arxitektura yaradır.

O, həmçinin vurğulayıb ki, uzunmüddətli perspektivdə bu, məlumat mərkəzlərinin, superkompüterlərin və süni intellekt infrastrukturunun yerləşdirilməsi üçün əlverişli şərait yaradacaq, eyni zamanda Mərkəzi Asiya ölkələrinin iştirakı ilə marşrutların genişləndirilməsi isə Azərbaycanın Şərq ilə Qərb arasında əsas əlaqə kimi rolunu gücləndirə bilər.

Seçilən
109
2
azertag.az

3Mənbələr