AZ

Marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhərinin Azərbaycan küçəsində fəaliyyət göstərən “MM” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, marketdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar olunaraq satışdan kənarlaşdırılıb.

Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.










Bizim.Media

Seçilən
8
9
bizim.media

10Mənbələr