Bakı, 3 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səudiyyə Ərəbistanındakı səfirliyi ölkənin şərqində yerləşən Dəhran şəhərinə raket və ya pilotsuz uçuş aparatı ilə mümkün hücum təhlükəsinə görə xəbərdarlıq yayıb.
AZƏRTAC xəbər verir ki, şəhərdə ABŞ konsulluğu, həmçinin Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi olan “Aramco”nun baş qərargahı yerləşir.
“Reuters” agentliyinin məlumatına görə, bu gün səhər İranın pilotsuz uçuş aparatları ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücum edib, nəticədə binaya ziyan dəyib və yanğın baş verib.
Bundan əvvəl ABŞ-nin Küveytdəki missiyası ləğv edilib.
Buna cavab olaraq, rəsmi Vaşinqton həmin nümayəndəlikləri bağlayıb və fövqəladə hallarla bağlı olmayan hökumət nümayəndələrinə, eləcə də onların ailə üzvlərinə Yaxın Şərq ölkələrini tərk etmək göstərişi verib.